Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Nazirlikdən Gazette.az-a verilən məlumata görə, “Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcək. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim olunacaq. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR