Azərbaycan Cüdo Federasiyası yeni strateji mərhələyə start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə bu idman növünün inkişafı istiqamətində yeni strateji mərhələyə qədəm qoyur.

Cüdo Federasiyasından Gazette.az-a verilən məlumata görə, yeni mərhələ “Özünü kəşf et” sloqanı ilə təqdim olunur və cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər də daxil olmaqla bütün insanlar üçün əlçatan və maraqlı etməkdir. Bu yanaşma həm ölkədə cüdonun populyarlığının artmasına, həm də yeni istedadların üzə çıxarılmasına xidmət edəcək. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması və sağlam həyat tərzinin təşviqi dayanır.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni mərhələ ilə bağlı bunları deyib: “İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi "Özünü kəşf et" sloqanı ilə yeni təşəbbüslərimizi həyata keçirmək və cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. İnanırıq ki, tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək".

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanların yaradılması, qızların idmana cəlb olunmasına yönəlmiş xüsusi proqramların icrası, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlərin təşkili nəzərdə tutulur. Bütün bu fəaliyyətlər cüdonun əsas fəlsəfəsi — hörmət və özünüinkişaf prinsiplərinə əsaslanan vahid kommunikasiya xətti ilə həyata keçiriləcək.

Federasiya, həmçinin yeni yaradılmış sosial media hesabı vasitəsilə (//www.instagram.com/judoazerbaijan) strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar, gənclər və valideynlərə yönəlmiş təşəbbüslər barədə mütəmadi məlumat paylaşacaq. Bununla yanaşı, cüdonun dəyərləri, idmana yeni başlayanların inkişaf mərhələləri və gündəlik hekayələr də ictimaiyyətə təqdim ediləcək.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR