Fərid Qayıbov Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" komandası ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı”komandası ilə görüşüb.

Toplantıda məşqçi və oyunçuların yarışla bağlı təəssüratları dinlənilib.

Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin Azərbaycanda minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.

Fərid Qayıbovun sözlərinə görə, milli Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb:

"Federasiyanın gördüyü işlərin, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər".

Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırıb. Bütün idman növlərində olduğu kimi, minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimulm olduğunu deyib.

"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə və diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasında qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.

Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olunub və xatirə şəkli çəkdirilib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR