BAKU Azərbaycan
12.03 °C

"Qarabağ"ın sabiq qapıçısı klubunu dəyişib

"Qarabağ"ın keçmiş qapıçısı Vaqner da Silva Portuqaliyada klubunu dəyişib.

"Nasyonal"dan ayrılan 36 yaşlı qolkiper "Torreense"yə keçib.

Braziliyalı oyunçu bir mövsüm bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Vaqner da Silva 2018 - 2020-ci illərdə "Qarabağ"da çıxış edib. Təcrübəli qapıçı 2018/2019 mövsümündə "köhlən atlar"ın heyətində Azərbaycan çempionu olub.