
Reklam
11 İyun 2022, 18:18
571
"Yuventus" Poqba ilə 4 illik müqavilə imzalayacaq
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqba İtaliya "Yuventus"una keçəcək.
Gazette.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.
"Yuventus" bu keçid üçün maaş, bonuslar və agent haqqları daxil olmaqla ümumilikdə 80 milyon avro xərcləyəcək.
Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





