BAKU Azərbaycan
14.03 °C

Şotlandiya - Ukrayna oyunu canlı yayımlanacaq

Futbol üzrə dünya çempionatının final mərhələsinə Avropa zonasından son vəsiqə uğrunda həlledici görüşlərə start verilir.

Gazette.az xəbər verir ki, Uels yığmasının rəqibi bu gün Qlazqoda keçiriləcək oyunda müəyyən olunacaq. Ukrayna milli komandası Hempden Parkda Şotlandiya yığmasının qonağı olacaq.

Şotlandiya-Ukrayna qarşılaşması saat 22:45-də İctimai televiziyanın canlı efirində yayımlanacaq.