Orxan Əliyev: \"Kikboksçularımız İslamiadadan yüksək əyarlı medallarla qayıdacaq\"

"Bizi qarşıda böyük yarışlar gözləyir. Ölkə çempionatını keçirməkdə məqsəd milli komandanın heyətini müəyyənləşdirmək və V İslam Həmrəyliyi Oyunlarında tam gücümüzlə çıxış etməkdir. İnanıram ki, kikboksçularımız İslamiadadan yüksək əyarlı medallarla qayıdacaq və xalqımızı sevindirəcək".

Bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev XXVI Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu yarış əvvəlkilərdən daha rəqabətli olması fərqlənir: "Bütün çəki dərəcələrində güclü idmançılar qüvvəsini sınayır. Son dünya çempionlarının hər biri Azərbaycan birinciliyində iştirak etməklə yarışa rəng qatırlar. Əsas missiyamız odur ki, güclülər qalib gəlsin və Azərbaycanı layiqincə təmsil etsin".

Pandemiya ilə əlaqədar 2 ildir Azərbaycan çempionatının keçirilmədiyini xatırladan Əliyev bu günü bayram adlandırıb: "İdmançılara uğurlar arzulayıram. Pandemiyaya baxmayaraq, idmançılarımız hər zaman məşqləri davam etdirirdi və fiziki baxımından yaxşı vəziyyətdə idilər. Buna misal olaraq, onlar ötən il İtaliyada keçirilmiş dünya çempionatında uğurlu çıxış edərək, 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycan həmin yarışda komanda hesabında 6-cı yeri tutmaqla böyük nailiyyətə imza atıb".

SON XƏBƏRLƏR

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

BÜTÜN XƏBƏRLƏR