Canni De Byazi: "Bakıda Tanrı kimi yaşayıram"

"Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib".

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə "bresciaingol.com" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin yaşadığı kompleksdə, dəniz sahilində mənzili var: "Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var".

Milli komandadakı işini də dəyərləndirən 66 yaşlı mütəxəssis 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxardığı Albaniya yığmasındakı uğurunu təkrarlamaq istədiyini söyləyib: "Amma ortada müəyyən fərqlər var. O vaxt Albaniya millisinin demək olar ki, əksər üzvləri Avropada çıxış edirdi. Hazırda onlar daha böyük coğrafiyaya yayılıblar. İngiltərə, İspaniya və İtaliyada legioner həyatı yaşayırlar. Azərbaycan millisində isə cəmi 5 legioner oyunçum var. Onların 3-ü Türkiyə, Portuqaliya və Almaniyada, 2-si isə Polşada çıxış edir".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR