Braziliyalı futzalçı: "Bakıda özümü xoşbəxt hiss edirəm"

"Burada özümü xoşbəxt hiss edirəm. Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir".

Gazetta.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi olan "Araz Naxçıvan"ın oyunçusu Maneka federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı hücumçu yaxın günlərdə karyerası ilə bağlı qərarını açıqlayacağını bildirib: "Burada debüt ilim idi. “Araz-Naxçıvan”a UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ərəfəsində qoşuldum. Elə ilk qollarımı da Latviyada təşkil olunan qrup görüşlərinda vurdum. Çempionat isə maraqlı alındı. Mövsümə çətin matçlarla başladıq. Amma tədricən ağırlığımızı hiss etdirməyə, zirvəyə yüksəlməyə nail olduq. Əlbəttə, qarşıya konkret məqsəd qoyulmuşdu. Komanda çempion olmalı idi. Bu yolda hər kəs üzərinə düşəni etməli idi".

Maneka 46 qolla 2021/2022 mövsümünün bombardiri olması barədə də danışıb: "Çempionatda ən çox qol vuran futzalçı olduğuma görə şadam. Ancaq fərdi mükafat heç vaxt komandanın uğurundan öndə gələ bilməz. Ona görə də çalışırdım ki, komandam qələbə qazansın. Kim daha əlverişli mövqedə dayanırdısa, düzgün mövqedə olurdusa, ona ötürmə edirdik. Yəni qolu kimin vurması yox, “Araz-Naxçıvan”ın qələbə qazanması prioritet idi. Hər ikisinə, eləcə də “Araz-Naxçıvan”ın yeni mövsümdə də UEFA Çempionlar Liqasında iştirak edəcəyinə nail olduğumuza görə, istirahətə şən əhval-ruhiyyədə yollanacağıq".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR