"Sumqayıt"ın qapıçısı: "Sadio məni söydü, biz irqçiliyə qarşıyıq"

"Anlaşılmazlıq oldu və Tounkara durduğu yerdə mənə pis söyüş söydü".

Bunu açıqlamasında "Sumqayıt"ın qapıçısı Tərlan Əhmədli "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının XXVI tur oyununda rəqib futbolçu Sadio Tounkara ilə arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.

28 yaşlı qolkiper topdaşıyanların afrikalı oyunçuya nə isə dediyini, lakin həmin ifadəni tam eşitmədiyini söyləyib: "Komanda yoldaşım Rüfət Abdullazadə yanımızda yıxılmışdı, onu ayağa qaldırırdım. Bu zaman Tounkara məni söydü. Ona dedim ki, günahım nədir? Əslində topdaşıyanlar ona nə isə demişdi, o da elə bilmişdi ki, biz söyüş söymüşük. Nəticədə söyüşlə cavab verdi. Bir anlaşılmazlıq oldu, ciddi problem yoxdur. Sonradan hər şey qaydasına düşdü. Rəqib komanda da bildirdi ki, anlaşılmazlıq olub".

Əhmədli "gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynov vasitəsilə hər şeyi yoluna qoyduqlarını vurğulayıb.

Oyunçu irqçiliyə qarşı olduqlarını da diqqətə çatdırıb: "Biz heç vaxt elə sözlər işlətmərik və kiməsə "qara" demərik. O ifadələrin işlədilməsi də düzgün deyil. Belə hallara da heç vaxt yol vermərik".

Tounkaranın özü isə məsələ barədə danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, oyundan sonra topdaşıyanlardan biri 31 yaşlı malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyib. Tounkara buna reaksiya verdikdə, yerli komandanın qapıçısı Tərlan Əhmədli ilə aralarında münaqişə baş verib. Qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR