BAKU Azərbaycan
17.03 °C

Azərbaycan idmançıları Tbilisidə 2 qızıl medal qazanıb

Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Prisində qızıl medal qazanıblar.

Gazetta.az xəbər verir ki, Xəlilov 80 kq-da , Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.