
Paralimpiyaçılarımız Zaqrebdə 2 qızıl medal qazanıb
Paralimpiyaçılarımız Zaqrebdə 2 qızıl medal qazanıb.
Boccia İdman Federasiyasının milli komandası Xorvatiyanın Zagreb şəhərində keçirilən Boccia açıq-regional çempionatında iştirak etdi. Baş məşqçi İlham Məhərrəmovun rəhbərlik etdiyi milli komandanın idmançılarından BC-4 Bəhruz Mirzəyev və BC-2 Sona Ağayeva qızıl medal, həmçinin BC-2 Orxan Kərimov bürünc medal qazanmışdır. Bununla komandamızın aktivində medal sayı üçə çatdı. Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Fəxrəddin Qurbanov da oyunları komanda üzvləri ilə birlikdə izləyirdi. Qeyd edək ki, Boccia İdman Federasiyasının milli komandasının üç üzvü Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazandılar, onlar bu gün vətənə qayıdacaqlar. İdmançılarımızı təbrik edirik!
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





