
Reklam
21 Mart 2022, 21:23
605
"Sabah" braziliyalı hücumçunu transfer edib
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Gazette Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.
Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





