Latviya yığmasının 4 futbolçusu Azərbaycanla görüşdə iştirak etməyəcək

Latviya yığmasının 4 futbolçusu Küveyt və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq görüşünü buraxacaq.

Gazette Az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Niderlandın "Kambür" klubunda çıxış edən Robert Uldrik səhhətindəki problemə görə, Çexiya "Yablonets"indən Davis İkaunieks və RFS komandasından Artur Zyuzin zədə səbəbindən dəvət almayıb.

Robert Uldrik 2018-ci il iyunun 9-da Riqada Azərbaycan yığmasına 1:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə Latviya millisinin yeganə qolunun müəllifi olub.

Əvəzində Polşa "Yagelloniya"sından qapıçı Pavel Steinbor, "Lexiya" (Qdansk) komandasından Krister Tober və Finlandiyanın "Kuopio Palloseura" klubundan Yanis İkaunyek sıraya dönüb. İrlandiya "Dandolk"undakı Raivya Andra Jurkovskanın çağırılmama səbəbi açıqlanmayıb.

Bundan əlavə, "Valmiera"dakı Daniel Balodis və Emil Birka ilk dəfə əsas komandaya dəvət alıb.

Digər tərəfdən, köməkçi-məşqçi Yurgis Puçinskas Azərbaycan yığması ilə oyunda iş başında olmayacaq. O, eyni zamanda icra etdiyi U-17 yığmasının baş məşqçisi kimi 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR