
Reklam
10 Mart 2022, 20:09
512
Namik Ələskərovun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb
Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salıb.
Gazette Az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraiti səbəb olub.
Qurum 11 - 14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçların 18 - 21 martda keçiriləcəyini açıqlayıb. Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" martın 14-də XXIII turda "Balıkesirspor"u qəbul etməli idi.
"Timsahlar" bu gün XXII turdan təxirə salınmış görüşdə "Eyüpspor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





