Fərid Qayıbov: "Yerli idman növlərini inkişaf etdirmək istəyirik"

"Bundan sonra yerli idman növlərini inkişaf etdirmək istəyirik".

Bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.

Nazir Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbiri Bakıda keçirdikləri üçün təşəkkür edib: "Sizi nazirlik adından salamlayır, Bakıda görməyə şad olduğumu bildirirəm. Azərbaycana xoş gəlmisiniz. Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar təşkil olunub. Bizim təşəbbüsümüzlə zorxana idman növü Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarınının proqramına salınıb. Ölkəmizdə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı da baş tutub".

"Azərbaycanda 100-dən artıq idman qurğusu mövcuddur. Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək", - deyə Qayıbov əlavə edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR