"Qarabağ"ın futbolçusu: "Marsel"lə oyunda təslim olmayacağıq"

"Bizi çətin oyun gözləyir".

Bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk oyundan sonra rəqibin necə güclü olduğunu bir daha gördüklərini vurğulayıb.

Braziliyalı oyunçu cavab qarşılaşmasında təslim olmayacaqlarını söyləyib: "Birinci oyunu analiz etmişik, Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əlehyimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".

Borges cavab görüşündə doğma azarkeş amilindən yararlanmağa çalışacaqlarını bildirib: "Səfər oyunundan əvvəl də bizi necə çətin matçın gözlədiyini bilirdik. Qol şanslarından yararlana bilsəydik, bəlkə fərqli olardı. Amma rəqib şanslardan istifadə etdi. Evdəki qarşılaşmada dolu tribunalar olacaq, hər kəs bizi qələbəyə səsləyəcək. Meydanda xarakter göstərmək və əlimizdən gələni etmək niyyətindəyik".

O, avrokubokların pley-off mərhələsində Azərbaycan klublarının ilk qolunu vurması barədə də danışıb: "Həmin qola imza atmaq böyük xoşbəxtlik gətirdi. Bu, mənim yox, komandamın uğurudur. Ümid edirəm ki, davamlı olacaq və sabahkı qarşılaşmada da fərqlənə biləcəyik".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR