Azərbaycan əsilli idmançı UFC-də ölkəmizi təmsil edəcək

ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazanıb.

Gazetteaz xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən H.Əliyev yarışda 30 yaşlı ABŞ idmançısı Andres Quintana ilə qarşılaşıb. O, beş raund davam edən kəmər uğrunda döyüşdə (“Title Fight”) rəqibinə qalib gəlib. H.Əliyev bununla növbəti mərhələdə UFC-də Azərbaycanı təmsilçiliyi üçün vəsiqə qazanıb.

Peşəkar döyüşcü “Report”a müsahibəsində deyib ki, Amerikaya 2019-cu ilin oktyabr ayında gəlib. Planları güclülərlə üzləşib ölkəmizi UFC-də təmsil etmək olsa da, pandemiya səbəbindən yarışları ləğv edilib: “Bir qədər ruh düşkünlüyü yaşasam da nəhayət yenidən yarışlara qatıla bilirəm. Bu döyüş mənə UFC-nin qapısını açdı. İndi UFC-dən müqavilə gözləyirəm”.

“Hər şey istəkdən asılıdır. Əgər insan nəyisə istəyirsə mütləq ona nail olur. Çox çətinliklərlə qarşılaşırsan, ancaq əzmin varsa, qələbə geç-tez sənə gəlir”, - H.Əliyev əlavə edib.

İndi H.Əliyevi UFC-də daha güclü rəqiblər gözləyir. Qələbəsini Azərbaycan bayrağı ilə elan edən idmançını ABŞ-ın müxtəlif şəhər və ştatlarından döyüşü izləməyə gələn həmvətənlərimiz dəstəkləyib.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR