
Reklam
31 Yanvar 2022, 20:25
551
Frenk Lempard "Everton"un baş məşqçisi təyin olunub
İngiltərənin "Everton" komandasının yeni baş məşqçisi bəlli olub.
Gazette klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Frenk Lempard təyin edilib. 44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
İngiltərəli baş məşqçi Mersisayd təmsilçisinin sükanı arxasında yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib.
Qeyd edək ki, Frenk Lempardın sonuncu iş yeri "Çelsi" klubu olub.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





