BAKU Azərbaycan
16.03 °C

CBC sport-da yeni layihə: "Bayraqdar"

"CBC sport" efirində bu gündən etibarən yeni layihə, işıq üzü görür. 

 

Qeyd edək ki, “Bayraqdar” adlı proqramın ilk efiri 8 noyabr saat 22:00 tarixindən etibarən izləyicilərə təqdim olunacaq.

Layihənin rəhbəri və aparıcısı, tanınmış jurnalist, "Boccia İdman Federasiyası"nın mətbuat və ictimaiyyətlə əlaqələr şöhbəsinin rəhbəri Nərmin Kazımova, digər aparıcı isə I Qarabağ müharibəsinin qazisi, eyni zamanda "Boccia İdman Federasiyası"nın baş katibi İlham Məhərrəmovdur. 

Verlişdə II Vətən müharibəsinin qaziləri, fiziki məhdudiyyətli şəxslər, paralimpiyaçılar eləcə də tanınmış idmançılar iştirak edəcək. Məqsəd onları daha yaxından tanımaq və tanıtdırmaqdır.

Saytımızın kollektivi adından "Bayraqdar" komandasına uğurlar diləyirik!