BAKU Azərbaycan
20.03 °C

Alfonso Dominqes dünya çempionatının finalında

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında daha bir idmançımız yarımfinal döyüşünə çıxıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominqes bu mərhələdə kubalı Ruis Kordoba ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada rəqibinə 4-1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn boksçumuz mundialın finalına vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün keçiriləcək final döyüşündə Alfonsonun rəqibi braziliyalı Keno Maçadonu olacaq.