"Qarabağ" Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib
Noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Ölkəmizin turnirdə təmsil "Qarabağ" növbəti oyununu Qazaxıstanda "Kayrat"a qarşı keçirib.
Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən görüşdə olduğu kimi səfərdə də rəqibinə 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub.
"Qarabağ" bu qələbə sayəsində pley-offa çıxmasını təmin edib. Buna qrupda keçirilən digər matçda “Bazel”in səfərdə “Omoniya” ilə heç-heçə etməsi də səbəb olub.
Beləliklə,"Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq avrokuboklarda qrupdan çıxan ilk klubumuz oldu.
Qeyd edək ki, qrup mərhələsinin başa çatmasına 2 tur qalıb. "Qarabağ" qrupdan lider kimi çıxsa, birbaşa Konfrans Liqasının 1/8 finalına yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.