
Reklam
24 Oktyabr 2021, 10:00
670
Kikboksçumuz Alim Nəbiyev “Glory”də növbəti qələbəsini qazanıb
Azərbaycanlı peşəkar kikboksçu Alim Nəbiyev “Glory” təşkilatında növbəti döyüşünə çıxıb.
Niderlandın Arnem şəhərindəki “GelreDome” arenasında keçirilən “Glory79” turnirində Alim Nəbiyev ABŞ təmsilçisi Troy Consla üz-üzə gəlib.
Yarımorta çəki dərəcəsində çıxış edən 27 yaşlı kikboksçumuz 5 raund davam edən döyüşdə rəqibinə hakimlərin qərarı ilə 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) qalib gəlməyi bacarıb.
Qeyd edək ki, bu Alimin peşəkar karyerasında 60-cı döyüşü olub. Onun hesabında 52 qələbə və 8 məğlubiyyət var.
Xatırladaq ki, “Glory”nin reytinq siyahısında 6-cı sırada qərarlaşan Nəbiyev təşkilatın yarışlarında keçirdiyi 8 döyüşdən 6-da qələbə qazanmağa müvəffəq olub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay






