“Vüqar Həşimov” klubu Avropa kubokunda ikinci qələbəsini qazanıb
İdman
19.09.2021 / 23:48
Şimali Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kubokunda ikinci turunun oyunları keçirilib.
Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib. İlk turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edən komandamız 2 turdan sonra 38 komanda arsında 3-cü pillədə qərarlaşıb.
Azərbaycanın digər qrosmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Şimali Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.
İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay