“US Open”də finalın adı: Novak Cokoviç – Daniil Medvedev

İlin Böyük Dəbilqə seriyalı son tennis turniri “US Open”də finala yüksələn raketka ustaları müəyyənləşib.

GAZETTE xəbər verir ki, turnirin ilk yarımfinal qarşılaşması Rusiya təmsilçisi Daniil Medvedev ilə kanadalı Felix Oje-Aliassim arasında keçirilib.

İlk setdə rəqibinə 6-4 hesabı ilə qəlib gələn Daniil ikinci setdə gənc rəqibinin müqaviməti ilə üzləşsə də son anda “breyk-poyntlar” sayəsində raundu öz hesabına başa vura bilib. Sürpriz şəkildə “US Open”də yarımfinala kimi irəliməməyi bacaran Felix Oje nə qədər çalışsa da Medvedevin qalibiyyətinə maneə ola bilməyib. Üçüncü setdən də 6-2 hesablı qalibiyyətlə ayrılan Daniil fərdi yarışlarda rusiyalı kişi tennisçilər arasında “US Open”də finala vəsiqə əldə edən ilk isim olub.

Yarımfinal mərhələsinin daha maraqla gözlənilən ikinci qarşılaşmasında ATP reytinqinin nömrə 1 tennisçisi Novak Cokoviçlə (Serbiya) “Tokio-2020” Yay Olimpiya Oyunlarında ona qalib gələn Aleksandr Zverev (Almaniya) üz-üzə gəliblər.

İlk seti Zverev 4-6 hesabı ilə öz xeyrinə başa vursa da ardıcıl 2 setdə Novak rəqibindən üstün olub, 6-2; 6-4. Dördüncü setdə Aleksandr Zverev özündə güc taparaq hesabı bərabərləşdirməyə (4-6) nail olsa da, həlledici setdə Cokoviç daha dəqiq olub, 6-2.

Beləliklə, 5 set oynanılan və 3 saat 38 dəqiqə davam edən gərgin matçdan 3-2 hesabı ilə qalib ayrılan Cokoviç 9-cu dəfə “US Open”də finala yüksəlməyi bacarıb. Eyni zamanda “Grand Slam” turnirlərində 31-ci dəfə final qarşılaşmasına çıxacaq olan 34 yaşlı Cokoviş isveçrəli Rocer Federerin rekorduna da şərik olub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR