BAKU Azərbaycan
15.03 °C

“US Open”də kişilərdə yarımfinalçılar bəlli olub

Böyük Dəbilqə seriyalı “US Open” tennis turnirində kişilərin mübarizəsində yarımfinala yüksələn bütün raketka ustaları bəlli olub.

GAZETTE xəbər verir ki, 1/4 finalın ilk matçında Rusiya təmsilçisi Daniil Medvedev niderlandlı Botik van de Zandsçulpu 4 set sonrası 3-1 (6-3; 6-0; 4-6; 7-5) hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Mərhələnin Felix Oje-Aliassim (Kanada) ilə Karlos Alkaraz (İspaniya) arasında keçirilən matçı yarımçıq dayandırılıb. Buna səbəb ispaniyalı tennisçinin fiziki vəziyyəti ilə bağlı oyuna davam etmək istəməməsi olub.

Sentyabrın 8-də baş tutan Aleksandr Zverev  (Almaniya) – Harris Lloyd (CAR) qarşılaşması birincinin qələbəsi ilə yekunlaşıb. Almaniyalı tennisçi rəqibini 3-0 (7-6; 6-3; 6-4) hesabı ilə məğlubiyyətə uğradıb.

1/4 final mərhələsinin son görüşü dünyanın hazırda 1 nömrəli tennisçisi olan serbiyalı Novak Cokoviçlə ATP reytiqində 8-ci pillədə qərarlaşan İtaliya təmsilçisi Matteo Berrettini arasında oynanılıb. 3 saat 30 dəqiqə davam edən qarşılaşma sonda 20 qat Böyük Dəbilqə turnirlərinin qalibi Cokoviçin qələbəsi ilə başa çatıb. Novak ilk setdə Matteoya məğlub olsa ard-arda 3 setdə qalib gələrək adını yarımfinala yazdırıb, 3-1 (5-7; 6-2; 6-2; 6;3).

Qeyd edək ki, yarımfinal mərhələsində Felix Oje Daniil Medvedevlə, Novak Cokoviç isə Aleksandr Zverevlə üz-üzə gələcək.

Image