Sabah Şahmat Olimpiadasına start veriləcək – Komandamızın təqvimi

Sentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürəcək.

GAZETTE xəbər verir ki, birinci diviziondan mübarizə aparacaq Azərbaycan milli komandası B qrupunda yer alıb. Komandamızın rəqibləri İsveç, Çin, Macarıstan, Belarus, Hindistan, Moldova, Sloveniya, Misir və Fransa olacaqlar. Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.

Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.

Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.

Milli komandamızın Şahmat Olimpiadasındakı təqvimi:
8 sentyabr.
15:00. Azərbaycan – İsveç
16:00. Şencjen (Çin) – Azərbaycan
17:00. Azərbaycan – Macarıstan
9 sentyabr.
15:00. Azərbaycan – Belorusiya
16:00. Hindistan – Azərbaycan
17:00. Azərbaycan – Moldova
10 sentyabr.
15:00. Sloveniya – Azərbaycan
16:00. Azərbaycan – Misir
17:00. Fransa – Azərbaycan

May

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR