
Niderland Qran-prisi Verstappenin qələbəsi ilə yekunlaşdı – NƏTİCƏLƏR
Formula 1 üzrə 2021-ci il dünya çempionatının 13-cü yarışı olan Niderland Qran-prisi Maks Verstappenin qələbəsi ilə yekunlaşıb.
GAZETTE xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu 36 il sonra yenidən təqviminə salınan Zandvort trasında poul-pozisiyasından başladığı yarışda qələbə qazanmaqla yerli azarkeşlərə üçqat bayram yaşadıb.
Qran-prinin finiş xəttini 2-ci sırada “Mercedes” komandasının pilotu Lyuis Həmilton, üçüncü sırada isə onun komanda yoldaşı Valtteri Bottas keçməyi bacarıb.
Mövsümdə 7-ci, karyerası ərzində isə 17-ci qələbəsəni əldə edən M.Verstappen xallarının sayını 224,5-ə çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib. Bir pillə geriləyən britaniyalı son dünya çempionu L.Həmilton (221,5 xal) Niderlandda ən sürətli dövrəni əldə etməklə əsas rəqibinin çox önə çıxmasına imkan verməyib. Sürücülərin ilk üçlüyünü 123 xala malik finladiyalı pilot V.Bottas qapayır.
Mühəndislərin yarışında çempionluq uğrunda rəqabət “Mercedes” və “Red Bull” komandaları arasında gedir. Hazırda aktivində 344,5 xal olan Almaniya şirkəti birinci, 332,5 xala malik Avstriya təmsilçisi isə 2-ci pillədə qərarlaşıb. 13 yarış sonrası 181,5 xal toplayan “Ferrari” (İtaliya) əsas rəqibi “McLaren”i (B.Britaniya) 11,5 xal qapablayır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay









