BAKU Azərbaycan
14.03 °C

Dörd şahmatçımız heç-heçə etdi, biri məğlub oldu- Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavik şəhərində şahmat üzrə fərdi açıq Avropa çempionatının VIII turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, liderlər qrupunda yer alan qrosmeysterimiz Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı Kasper Pyorun, Aydın Süleymanlı Ruben Qidun Köller (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedinn Steynqrimson ilə heç-heçə ediblər. Nicat Abbasov isə gürcüstanlı Levan Pantsulaya uduzub.

Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalaraq 3-8-ci yerləri bölüşür. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar.