Vəli İsrafilov Paralimpiya Oyunlarının qalibi oldu – FOTO
İdman
01.09.2021 / 17:39
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak edən daha bir idmançımız qızıl medal qazanıb.
GAZETTE xəbər verir ki, milli paralimpiya komandamızın üzvü 18 yaşlı Vəli İsrafilov üzgüçülük yarışında (S12 – 100 metr brass) 1:04.86 nəticə ilə çempion olmaqla yanaşı Paralimpiya rekordunu qırmağı bacarıb.
Bununla bərabər “Tokio-2020”-də qızıl medal qazanan Vəli həm də Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb.
Qeyd edək ki, bu Azərbaycan paralimpiyaçılarının Yaponiyada əldə etdikləri 11-cı qızıl medal olub. Komandamızın aktivində 1 gümüş və 4 bürünc medal da var.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay