
Reklam
01 Sentyabr 2021, 07:27
1001
Şəhriyar Məmmədyarov ilk oyun gününü məğlub başa vurdu
“Champions Chess Tour” onlayn şahmat turnirinin finaldan öncə son mərhələsi olan “Aimchess US Rapid”də pley-off oyunları keçirilib.
GAZETTE xəbər verir ki, turnirdə iştirak edən qrosmeysterimiz Şəhriyar Məmmədyarov 1/4 finalda ilk oyun günündə Levon Aronyana 1-3 hesabı ilə məğlub olub.
Şahmatçımız növbəti mərhələyə vəsiqə əldə etmək üçün bu gün keçiriləcək cavab görüşündə erməni rəqibinə mütləq qalib gəlməlidir. Belə olan halda rəqiblər tay-breyk görüşlərində qüvvələrini sınayacaqlar. İkinci oyun günündə məğlubiyyət və ya heç-heçə Şəhriyar Məmmədyarovun turnirlə vidalaşması anlamına gələcək.

ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





