Şəhriyar Məmmədyarov Levon Aronyana qarşı – “Aimchess US Rapid”

“Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess US Rapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, turnirdə iştirak edən qrosmeysterimiz Şəhriyar Məmmədyarov üçüncü oyun gününün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə uduzub. 13-cü turda Fransa təmsilçisi Alireza Firuzca ilə bərabərə qalan şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şəhriyarın ABŞ təmsilçisi Erik Hənsenlə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.

15 turdan sonra 9 xal toplayan qrosmeysterimiz yekunda 6-cı yeri tutaraq turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bu mərhələdə Şəhriyar Məmmədyarovun rəqibi Ermənistan təmsilçisi Levon Aronyan olacaq. Rəqiblər iki oyun günündə, hər gün 4 oyun olmaqla, növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar.

1/4 final mərhələsinin digər oyunlarında Vladislav Artemiev Leyner Domiqeslə, Maqnus Karlsen Yan-Kriştov Duda ilə, Alireza Firuzca isə Vesli So ilə üz-üzə gələcək.

Qeyd edək ki, mükafat fondu 100 min ABŞ dolları olan turnir sentyabrın 5-dək davam edəcək.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR