Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib
Dörd ölkə, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə əldə edən bütün yığma komandalar bəlli olub.
GAZETTE xəbər verir ki, 1/8 final mərhələsində Niderland Almaniyanı, Türkiyə isə Çexiyanı eyni hesabla məğlub edib, 3-1. Serbiya Macarıstan millisini 3-0 hesabı ilə rahat keçibsə, Xorvatiya – Fransa və Bolqarıstan – İsveç görüşlərində qaliblər yalnız 5 setin sonunda müəyyənləşib. Turnirin hər iki təşkilatçısı məğlub olub.
1/8 finalda İtaliya – Belçika, Rusiya – Belarus və Polşa – Ukrayna qarşılaşmaları birincilərin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Başa çatan oyunlardan sonra 1/4 final mərhələsində qarşılaşacaq cütlüklər aydınlaşıb.
Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək qarşılaşmalarda Türkiyə Polşa ilə, İsveç isə Niderlandla yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.
Sentyabrın 1-də Belqradda (Serbiya) baş tutacaq matçlarda isə İtaliya Rusiya ilə, Serbiya isə ilk dəfə 1/4 finala yüksələn Fransa ilə üz-üzə gələcək.
31 avqust. Plovdiv, Bolqarıstan.
18:30. İsveç – Niderland
21:30. Türkiyə – Polşa
1 sentyabr. Belqrad, Serbiya.
19:00. İtaliya – Rusiya
22:00. Serbiya – Fransa