BAKU Azərbaycan
12.03 °C

Belçikada Formula 1-ə yağış maneəsi – QƏRARLAR

Formula 1 üzrə dünya çempionatının 12-ci yarışı olan Belçika Qran-prisi yağış səbəbindən keçirilməyib.

GAZETTE xəbər verir ki, FİA rəhbərliyi 3 saat gözlədikdən sonra SPA trasında güclü yağışın səngiməməsinin ardından yekun sıralamanın təsnifat mərhələsinin nəticələrinə uyğun olacağını açıqlayıb.

Belə ki, Belçika Qran-prisinin qalibi “Red Bull” pilotu Maks Verstappen elan edilib. Təsnifat mərhələsində müvafiq olaraq 2 və 3-cü yerləri əldə edən “Williams” komandasının sürücüsü Corc Rassel yarışı ikinci, “Mercedes”in son dünya çempionu Lyuis Həmilton isə üçüncü olaraq bitirib.

Bununla yanaşı verilən qərara əsasən, ilk onluqda qərarlaşan pilotlar adi yarış zamanı qazandıqları xalların yalnız yarısını əldə edə biliblər.

Belə olan halda, M.Verstappen aktivinə 12,5, C.Rassel 9, L.Həmilton isə 7,5 xal yazdıra bilib.