BAKU Azərbaycan
11.03 °C

Şəhriyar “Aimchess US Rapid”ə 1 qələbə, 4 heç-heçə ilə başladı

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat turnirinin finaldan öncə sonuncu mərhələsi “Aimchess US Rapid”-ə start verilib.

GAZETTE xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun da iştirak etdiyi turnirinin ilk 5 turunun oyunları keçirilib.

Şahmatçız ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçənin ardından ikinci turda amerikalı Leyner Dominqesə qalib gəlib. Növbəti 3 turda müvafiq olaraq polşalı Yan-Kriştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə heç-heçə oynayan Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi və mükafat fondunun 100 min ABŞ dolları olduğu turnir sentyabrın 5-dək davam edəcək.