BAKU Azərbaycan
25.03 °C

Paralimpiyaçılarımız günü 3 qızıl, 1 bürünc medalla başa vurdular – FOTO

Avqustun 27-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımız daha 3 qızıl və 1 bürünc qazanıblar.
GAZETTE xəbər verir ki, qadınlar arasında -48 kq çəki dərəcəsində yarışan paracüdoçumuz Şəhanə Hacıyeva finalda Sandrine Martineti məğlub edərək “Tokio-2020”-də ilk qızıl medalımızı qazanıb.
Paralimpiya komandamızın üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal sahib olub.
Paracüdoçumuz Vüqar Şirinli -60 kq-da final qarşılaşmasında qazaxıstanlı rəqibi Anuar Sarıyevə qalib gələrək paralimpiadanın qızıl medalını əldə edib.
Kişilər arasında -66 kq çəkidə mübarizə aparan paracüdoçumuz Namiq Abaslı bürünc medal uğrunda gedən mübarizədə rəqibi David Xorava qalib gəlib.

Atletika idman növü üzrə idmançı Oloxan Musayev (F55) nüvə itələmə növü üzrə yarışda 5-ci olub.

Qadınlar arasında -52 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Bəsti Səfərova təsəlliverici görüşdəki rəqibi Nataliya Nikolayçuka məğlub olaraq mübarizəni dayandırıb.