Voleybolçularımız rusiyalı rəqibləri ilə bacarmayıblar – Avropa çempionatı
İdman
23.08.2021 / 03:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 22-də Avropa çempionatında növbəti oyununu keçirib.
GAZETTE xəbər verir ki, Vüqar Əliyevin yetirmələri A qrupundakı üçüncü matçında Rusiya yığması ilə qarşılaşıb. Görüş şimal qonşumuz 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.
Milli komandamız növbəti görüşünü avqustun 24-də meydan sahibləri Serbiya yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə də 0:3 hesabı ilə məğlub olub. Hazırda heç bir xalı olmayan yığmamız qrupda sonuncu, 6-cı pillədə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay