BAKU Azərbaycan
24.03 °C

Voleybolçularımız 2-ci görüşdə də məğlub oldu – Avropa çempionatı

Avqustun 21-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

GAZETTE xəbər verir ki, A qrupunda mübarizə aparan millimiz ikinci oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib. Oyun volleybolçularımızın 0:3 (14:25, 23:25, 17:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, qitə çempionatında Belçikaya qarşı keçirdiyi ilk oyunda rəqibinə 0-3 hesabı ilə məğlub olan yığma komandamız qrupda 3-cü görüşünü avqustun 22-də Rusiyaya qarşı keçirəcək.