Şahmat üzrə Avropa çempionatına yekun vuruldu – NƏTİCƏLƏR

Rumıniyanın Yassa şəhərində keçirilən qadın şahmatçıların fərdi Avropa çempionatına yekun vurulub.

GAZETTE xəbər verir ki, 10 qadın şahmatçımızın iştirak etdiyi qitə birinciliyində təmsilçilərimiz arasında ən yüksək nəticəni Gülnar Məmmədova əldə edib. Son ölkə çempionu keçirdiyi 11 matçda 7,5 xal (6 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət) əldə edərək qitə çempionatını 6-cı pillədə başa vurub və qadınlararası Dünya kubokunda iştirak etmək hüququna sahib olub. 

Çempionatda iştirak edən digər qadın zəka sahiblərimizdən Günay Məmmədzadə turniri 15, Xanım Balacayeva 28, Gövhər Beydullayeva 41, Türkan Məmmədyarova 52, Ülviyyə Fətəliyeva 53, Zeynəb Məmmədyarova 58, Xəyalə Abdulla 68, Ayan Allahverdiyeva 86, Nəsrin Babayeva isə 92-ci pillədə başa vurub.

Qeyd edək ki, 117 qadın şahmatçının iştirak etdiyi Avropa çempionatının qalibi 9 xala (7 qələbə, 4 heç-heçə) ermənistanlı Elina Danielyan olub. Çempionatın gümüş medalına 8,5 xalla (6 qələbə, 5 heç-heçə) Ukrayna təmsilçisi Yuliya Osmak, bürünc medalına isə 8 xalla (7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) polşalı Oliviya Kiolbasa yiyələnib.

Şahmatçılarımızın son turda keçirdikləri oyunların nəticələri.
Avropa çempionatında şahmatçılarımızın yekun sıralaması
Avropa çempionatını ilk 10 pillədə başa vuraraq Dünya kubokunda iştirak hüququ əldə edən qadın şahmatçılar.

SON XƏBƏRLƏR

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

BÜTÜN XƏBƏRLƏR