Volleybolçularımız AÇ-yə məğlubiyyətlə başlayıb
İdman
21.08.2021 / 00:15
Avqustun 20-də qadın volleybolçulardan ibarət yığmamız Avropa çempionatında ilk oyununu keçirib.
GAZETTE xəbər verir ki, Serbiyada Belçika millisi ilə üz-üzə gələn komandamız rəqibinə 0-3 (13-25; 24-26; 13:25) hesabı ilə məğlub olub.
Millimiz növbəti görüşünü avqustun 21-də Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.
Saat 20:00-də başlayacaq qarşılaşma İTV vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi 4 ölkədə (Serbiya, Rumıniya, Bolqarıstan, Xorvatiya) təşkil edilən və 24 milli komandanın iştirak etdiyi qitə birinciliyində Belçika, Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları ilə birlikdə A qrupunda mübarizə aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay