Qadın volleybolçularımız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisi mübarizəyə başlayır.

GAZETTE xəbər verir ki, 24 komandanın iştirakı ilə təşkil olunan qitə çempionatında Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunlarını Serbiyada keçirəcək.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Gənc oyunçuların da cəlb olduğu komandada 4 voleybolçumuz ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda milli komandamıza Vüqar Əliyev rəhbərlik edəcək. V.Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər.

Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirəcək. Belqraddakı “Stark Arena”da keçiriləcək görüş yunanıstanlı hakim Aleksandros Milonakisə həvalə olunub. Ona macarıstanlı Aqnes Batkai-Katona kömək edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.

Komandamızın bütün oyunları İctimai Televiziya (İTV) vasitəsilə canlı yayımlanacaq

Qeyd edək ki, reqlamentə əsasən qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, qadın volleybolçulardan ibarət Azərbaycan yığması ardıcıl olaraq 9-cu dəfədir Avropa çempionatında iştirak edir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR