“Neftçi” və “Qarabağ”ın rəqibləri müəyyənləşdi – Konfrans Liqası

“Neftçi” və “Qarabağ” komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Gazette.az xəbər verir ki, bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. “Makkabi” evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı “Torshavn”a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.

“Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi “Breydablik”ə öz meydanında da qalib gəlib – 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR