BAKU Azərbaycan
13.03 °C

Tokio Paralimpiadasında Azərbaycanı 36 atlet təmsil edəcək – SİYAHI

Avqustun 24-də Yaponiyanın paytaxtı Tokioda XVI Yay Paralimpiya Oyunları start götürəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Gazette.az-a verilən məlumata görə, sentyabrın 5-dək davam edəcək bu mötəbər yarışda ölkəmizi 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək ki, onlardan da 24-ü kişi və 12-si isə qadındır.

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılarımız:

Atletika. 12 idmançı (9 kişi / 3 qadın ).
1. Nəbiyev Samir – nüvə itələmə
2. Astanov Elvin – nüvə itələmə
3. Musayev Oloxan – nüvə itələmə, disk atma
4. Nəcəfzadə Səid – uzunluğa tullanma
5. Əliyev Kamil – uzunluğa tullanma
6. Aslanov Orxan – uzunluğa tullanma
7. Çebuna Yelena – qaçış 100m
8. Cəbrayılov Elmir – qaçış 100m, 400m
9. Yanovskaya Yuliya – qaçış 100m, 400m
10. Vəliyeva Lamiyə – qaçış 100m, 400m
11. Heydəri Həmid – nizə atma
12. Qasımov Orxan – nizə atma
Cüdo. 11 idmançı (6 kişi / 5 qadın).
1. Haciyeva Şəhanə  (48 kq)
2. Səfərova Bəsti   (52kq)
3. Vəliyeva Sevda  (57 kq)
4. Hüseynova Xanım  (63 kq)
5. Kərimova Dürsədəf  (+70 kq)
6. Şirinli Vüqar  (60 kq)
7. Abaslı Namiq  (66 kq)
8. Qasımov Ramil  (73 kq)
9. Rəhimli Hüseyn  (81 kq)
10. Abdullaxanlı Kənan  (100 kq)
11. Zəkiyev İlham   (+100 kq)
Parataekvondo.  4 idmançı (2 kişi / 2 qadın).
1. Fətəliyeva Röyalə  (49 kq)
2. Məmmədova Aynur  (+58 kq)
3. Xəlilov İmaməddin  (61 kq)
4. Abuzərli Əbulfəz  (75 kq)
Üzgüçülük. 3 idmançı (2 kişi / 1 qadın).
1. Saleh Raman
– 50m sərbəst
– 100m sərbəst
– 100m batterflay
– 100m arxasıüstə
2. İsrafilov Vəli
– 100m batterfly
– 100m brass
3. Şandibina Dana
– 100m brass
Pauerliftinq. 4 kişi idmançı.
1. Məmmədov Pərvin  (49 kq)
2. Babacanov Nurlan  (97 kq)
3. Hüseynov Elşən  (107 kq)
4. Aslanov Şamo  (+107 kq)
Güllə atıcılığı. 2 idmançı, (1 kişi / 1 qadın)
1. Taranova Yelena – 10m, 25m, 50m
2. Zeynalov Kamran – 10m, 50m
Qeyd edək ki, sayca yeddinci Paralimpiya Oyunlarında iştirak edəcək millimiz digər olimpiadalarda ümumilikdə 38 medal, o cümlədən 9 qızıl, 18 gümüş, 11 bürünc qazanıblar.