BAKU Azərbaycan
14.03 °C

Mariya Stadnik “Tokio-2020”-də bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.

Gazette.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.

“Tokio-2020”-də mübarizəyə 1/8 finaldan qoşulan Mariya Stadnik rusiyalı Stalvira Orşuşa 11:7 hesabı ilə qalib gəlib. Qadın pəhləvanımız 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdini məğlub edib – 10:0. Yarımfinalda Yaponiya güləşçisi Yui Susakiyə uduzan güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.

Qeyd edək ki, “Pekin-2008”-də bürünc, “London-2012”  və “Rio-2016”-da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur. O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.

May

May

May

May