
Reklam
22 Yanvar 2026, 08:30
175
Avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar
Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gazette.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S. Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ. Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





