
Reklam
26 Noyabr 2025, 10:30
242
Həyat yoldaşına xəsarət yetirərək ölkədən qaçan şəxs Çində saxlanılıb
Həyat yoldaşına xəsarət yetirərək ölkədən qaçan şəxs Çində saxlanılıb
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
Bu barədə Gazette.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





