
Reklam
30 May 2022, 13:43
625
Tbilisidə SES-də güclü yanğın olub
Ötən gecə Tbilisidə Kür çayı üzərindəki “Zaqesi” su elektrik stansiyası ərazisində güclü yanğın baş verib.
Gazette.az xəbər verir ki, nəticədə altı transformator yanıb.
Yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın cəlb edilib. Bir saat ərzində qarşısı alınan yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





