Misirin Azərbaycandakı səfiri BDU-da

 

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.

Rektor səfiri Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da görməkdən məmnunluğunu bildirib, ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib. Azərbaycanla ərəb ölkələrinin elm, təhsil, mədəniyyət sahələrindəki əməkdaşlığının ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb.

Elçin Babayev Şərqşünaslıq fakültəsinin BDU-nun ən qədim fakültələrindən olduğunu diqqətə çatdırıb, fakültədə ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. Rektor BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin, o cümlədən Misirin ali təhsil müəssisələri ilə memorandumların imzalanması, birgə tədqiqatların aparılması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb.

Səfir Houssam-Eldine Reda qeyd edib ki, dost ölkələrimiz və xalqlarımız bir-birinə qədim mədəni və tarixi köklərlə bağlıdır. O, ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın danılmaz olduğunu vurğulayıb, BDU ilə Misir universitetləri arasında akademik və mədəni əməkdaşlığın güclənməsi üçün yardım edəcəyini qeyd edib.

Görüş zamanı tərəflər BDU və Misir ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR