Bakıda Valideyn konfranslarına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransları başlayıb.  

Valideyn konfransları çərçivəsində ilk görüş Nərimanov rayonu üzrə 200 nömrəli Məktəb-lisey kompleksində (MLK) təşkil olunub.

Konfransda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.  

Konfrans iştirakçılarını salamlayan MLK-nın direktoru vəzifəsini müvəqqəti icra edən Tural Hətəmov valideynlərin təhsil prosesində fəal iştirakının əhəmiyyətini vurğulayaraq belə tədbirlərin məktəb-ailə əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakının əhəmiyyətindən danışıb, məktəb və ailə əməkdaşlığının uşaqların sağlam inkişafında başlıca şərt olduğunu bildirib. G.Səfərova valideynləri övladları ilə daha çox vaxt keçirməyə, onların hisslərinə həssas yanaşmağa və problemləri vaxtında görməyə çağırıb.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil prosesinin uğurla həyata keçirilməsində valideynlərin iştirakının əhəmiyyətindən söz açıb. Bildirib ki, onların hər zaman məktəbin və müəlimin  yanında olması, məktəbin fəal təəssübkeşi kimi çıxış etməsi cəmiyyətdə təhsilə göstərilən dəyərin artmasına, məktəbin nüfuzunun yüksəlməsinə xidmət edir. B.Məmmədov, həmçinin bir sıra valideyn təşəbbüslərinin neqativ müzakirələrə səbəb olmaması üçün bu proseslərin sağlam şəkildə tənzimlənməsinin vacibliyindən bəhs edib.

“Uşaqların psixoloji və emosional inkişafı” mövzusunda təqdimatla çıxış edən 200 nömrəli Məktəb-lisey kompleksinin psixoloqu Günel Paşayeva uşaqların psixoloji və emosional inkişafında ailə münasibətlərinin, sevgi və diqqətin böyük rol oynadığını söyləyib. Uşaqların hisslərini düzgün ifadə etməsinin onların gələcək davranış və özünəinamına ciddi təsir etdiyini bildirən psixoloq, həmçinin vaxtın düzgün tənzimlənməsi, sosial şəbəkələrin təsirləri, həmyaşıdlarla münasibətlər və münaqişələrin həlli kimi gündəlik həyatda valideynləri narahat edən mövzulara da toxunub.

Daha sonra mövzu ilə bağlı iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR