İqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər

Müasir dövrdə xüsusilə iqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər və bir çox istiqamətlərdə bunun real faydasını görürlər. Bu meyil əsasən texniki və iqtisadi sahələrdə daha çox güclənib. İnsanların təhsilə baxışında ciddi dəyişiklik var.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, peşə təhsilinə münasibət cəmiyyətimizdə həmişə eyni olmayıb: “Bunun səbəbləri məlumdur. Məhz bu səbəbdən kəmiyyətdən keyfiyyətə keçid mərhələsi zəruri olub və bu prosesdə müxtəlif təhsil müəssisələrinin təmsilçiləri əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına, rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verirlər. Cəmiyyətdə təhsilə olan yanaşma dəyişdikcə biz də yeni baxışla formalaşan məzunları, cəmiyyətə töhfə verən şəxsləri daha çox görməyə başlayırıq. Düşünürəm ki, bu dəyərləndirmə mexanizmi bir mükafatlandırma aləti olmaqla yanaşı, həm də ciddi dəstək mexanizmidir. Çünki sonda bu proses heç bir halda cəza xarakteri daşımır, əksinə, görülən işlərin düzgün qiymətləndirilməsi və doğru istiqamətə yönləndirilməsi deməkdir. Hazırkı vəziyyət daha da irəli getməyə, əmək bazarına çevik şəkildə uyğunlaşmağa imkan yaradır”.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR